Azərbaycanda bir gündə 4 piyadanı maşın vuraraq öldürüb




Ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. 

Ölümlə nəticələnən hadisələrinin hamısı piyadaların vurulması ilə bağlı olub. Naxçıvan, Cəlilabad, Bakı və Gəncədə qeydə alınan hadisələrdə 4 piyada ölüb.