"Azərbaycanda hələ ki blokçeyn istifadəsini qanuniləşdirməyə ehtiyac yoxdur”






"Azərbaycanda blokçeyn istifadəsi ilə bağlı hər hansı qərar vermək hələlik tezdir”.

Bu barədə "Sherg.az”a "Azərbaycanda blokçeynin istifadəsi qanuniləşdirilə bilərmi ?" sualına cavab verərkən millət vəkili Vahid Əhmədov söyləyib. 

O xatırladıb ki, "bitcoin"lərin qiymətlərində kəskin oynamalar baş verir:

"Hələlik bilmək olmaz ki, bu elektron pullar hansı ödəmə qabiliyyətinə malik olacaq. Ona görə, tələsməyə ehtiyac yoxdur. Bu müvəqqəti haldır, oyundur. Bundan istifadə edən şəxslər də var. Bütün bunları nəzərə almaq, ehtiyatlı addım atmaq lazımdır. Azərbaycanda hələ ki, blokçeyn istifadəsini qanuniləşdirməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, A. Lukaşenko Belarusun blokçeyn istifadəsi üçün imkan yaradan ilk dövlət olduğunu deyib: "Təbii olaraq həyat dəyişir. Biz hətta ilin əvvəlində hansısa mayninq, blokçeyn və bu yeni kriptovalyuta haqqında danışa bilməzdik. Bu gün isə bunlar reallığa çevrilib. Ona görə də həyat və təbii ki, normativ-hüquqi baza dəyişəcək”.

Aysel Aslan