Azərbaycanda magistratura oxumaq mənasızdırmı ? - Gənc fəal da "hə" dedi
13:58 03.07.2017
Arxiv
1273
Ramin Hacılı : "Bu mənada Vüsal Məmmədov doğru qeyd edib. Magistraturada oxuyanların əksəriyyəti haradasa işləyirlər və magistraturanı yola verirlər, hətta dərsə getmirlər"
"Magistratura təhsili əslində mənasız deyil, vacib proseduradır”.
Bunu Sherg.az-a Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun öz məqaləsində magistratura təhsilini mənasız adlandırmasına münasibət bildirərkən Azərbaycan Avropa Hərəkatının prezidenti, gənc fəal Ramin Hacılı deyib.
O bildirib ki, dünya praktikasına uyğun olaraq magistratura insanın elmə daha yaxşı yiyələnməsi deməkdir:
"Ona görə bunu boş saymaq olmaz. Azərbaycanda isə magistratura təhsilini boş və mənasız edən səbəb odur ki, magistraturada verilən bilik daha fundamental xarakter daşımır. Çox insan magistraturanı sadəcə diplom almaq, yaxud vəzifəsini artırmaq üçün oxuyur.
Bu mənada Vüsal Məmmədov doğru qeyd edib. Magistraturada oxuyanların əksəriyyəti haradasa işləyirlər və magistraturanı yola verirlər, hətta dərsə getmirlər. Magistraturanı iki tip insanlar oxuyur. Biri elmi sahədə fəaliyyət göstərmək istəyənlər, digəri isə öz peşəsini artırmaq istəyənlərdir.
Təəssüf ki, Azərbaycanda elmin arxasınca getmək istəyən şəxslərin sayı çox azdır. Elmi işlə məşğul olmaqla elm arxasınca getməklə böyük gəlir əldə etməyəcəklərini düşünürlər. Magistratura oxumaq istəyənlər də bu diplomu öz prestijini artırmaq üçün alırlar”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya