N.İsrafilovun fikrincə, bütün mərhələlərdə imtahanların nəticələrinin aşağı olmasının fundamental səbəbləri araşdırılmalı, problemin kökü ortaya çıxarılmalıdır:
"Azərbaycanda magistraturaya sənəd verənlərin sayı ilbəil azalır" - Səbəblər sadalanır
14:32 06.06.2018
Arxiv
817
"Bakalavr təhsili olan, magistratura oxumayan şəxslərə ayrı-ayrı müəssisələr, şirkətlər natamam təhsilli mütəxəssis kimi baxırlar”.
Bunu "Sherg.az”a magistratura imtahanlarında ümumu nəticələrin aşağı olmasından danışarkən təhsil eksperti Nadir İsrafilov söyləyib.
O diqqətə çatdırıb ki, magistr elmi dərəcədir, bu dərəcəni alan şəxslər əsasən elmi fəaliyyətini davam etdirmək üçün istifadə etməlidirlər:
"Magistratura ilə bağlı müvafiq təhsil proqramları, dərsliklər mübahisəlidir. Bakalavrların göstəricilərinin aşağı olması tək magistratura imtahanına xas deyil. Digər imtahanlarda, xüsusilə dövlət qulluğuna qəbulda bal göstəricilərinin yüksək olduğu deyilir. Burada səbəb kimi hazırlığın zəif olmasını göstərirlər. Amma əsas məsələ qiymətləndirmə mexanizminin düzgün qurulmamasıdır. Bu mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.
Ali məktəbi bitirən şəxsin dəfələrlə yenidən imtahan edilməsi, işə götürülərkən yoxlanması universitetə, müəllim heyətinə hörmətsizlikdir. Təhsilin keyfiyyətinin aşağı olması təsiri bağışlayır”.
N.İsrafilovun fikrincə, bütün mərhələlərdə imtahanların nəticələrinin aşağı olmasının fundamental səbəbləri araşdırılmalı, problemin kökü ortaya çıxarılmalıdır:"Təhsil Nazirliyinin nəzdində Təhsil institutu fəaliyyət göstərir. Bu qurum nə ilə məşğuldur, niyə belə problemləri araşdırıb, nəticəni ortaya çıxarmır? Neçə illərdir, hər imtahan dövründə proses davam edir, abituriyentlərin, bakalavrların nəticələrinin aşağı olduğu açıqlanır. Belə formada davam edərsə, problem 10 illiklərlə davam edəcək.
Dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır. Magistrantlara hərbi xidmət möhləti verilir, elm günü təsis olunub. Halbuki ortada nəticə yoxdur. Magistraturaya sənəd verənlərin sayı ildən ilə azalır. Magistraturanı bitirən şəxslərin işlə təminatı olmalıdır. Bu dərəcəni alan şəxs işlə təmin ediləcək. Magistr imtahanını ayrı-ayrı universitetlərin planını doldurmaq xətrinə keçirməməlidirlər”.
Qeyd edək ki, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 3-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. İmtahanda 8151 bakalavr iştirak edib. 34 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 2 nəfər ən yüksək nəticə -138 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya