"Azərbaycanda qeyri-neft sektorunun daha yüksək inkişafı üçün zəmin mövcuddur"
10:45 31.01.2019
Arxiv
502
Bu gün Yeni Azərbaycan Pariyasında (YAP) partiya üzvü olan deputatlarla görüş keçirilib.
"Sherg.az"ın məlumatına görə, tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov bildirib ki, görüşün məqsədi YAP-ın gələcək fəaliyyətində hansı addımların atılacağı və digər məsələlər barəsində müzakirə aparmaqdan ibarətdir.
Baş nazirin müavini qeyd edib ki, 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında və Regionların sosial-iqtisadi inkişafına həsr edilmiş toplantıda verdiyi dəyərləndirmələr bütövlükdə ilin yekununa verilən ən əhatəli və düzgün qiymətdir:
"Prezidentin bu toplantılarda səsləndirdiyi əsas ideyalar, fikirlər ondan ibarətdir ki, 2018-ci il kifayət qədər uğurlu il kimi tariximizə daxil olub, qarşıya qoyulan vəzifələr lazımi səviyyədə yerinə yetirilib, götürülən öhdəliklər artıqlaması ilə icra olunub. 2018-ci ildə Azərbaycanın davamlı və dinamik inkişafı davam edib, Azərbaycanda bir neçə il öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan islahatlar öz bəhrəsini artıq verməkdədir, nəticələri görünür və bundan sonra yəqin ki, daha artıq rəqəmlərlə ifadə olunan formada özünü göstərəcək”.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir: "Bu istiqamətdə atılan addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafını təmin edib və bundan sonra da qeyri-neft sektorunun daha yüksək inkişafı üçün zəmin mövcuddur. Eyni zamanda qarşımızda Azərbaycan Prezidentinin gələcək dövrlə bağlı müəyyənləşdirdiyi proqramlar var və bu proqramların həyata keçirilməsi ilə əlaqədar resurslar səfərbər edilir. Bundan əvvəlki illərdəki proqramlar həyata keçirildiyi kimi, qarşıda duran proqramların da yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm