Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır




Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.

"Sherg.az"ın xəbərinə görə, bu barədə "Report"İnformasiya Agentliyi  "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər layihəsinə istinadən məlumat yayıb.

Dəyişiliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.