"Azərbaycanda yüksək yoluxma halları hələ bir ay azalmayacaq"
10:28 06.09.2021
Arxiv
493
"Yoluxma hallarının artması delta ştamı ilə bağlıdır. Bu ştamda yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən orta hesabla 30-50 faiz çoxdur. Delta variantında yoluxuculuq yüksəkdirsə, deməli ölüm halları da yüksəkdir. Sadə təhlil apararaq görərik ki, COVID-19 infesiyasında ölüm halları 4-5 faiz hallarda olurdusa, delta ştamında bu, 10-12 faiz arasında dəyişir. Yəni ötən ilki rəqəmləri bu illə müqayisə edəndə görürük ki, ölüm halları təxminən 2 dəfə artıb".
Bunu “Report”a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, hələ də virusu ciddiyə almayan insanlar var: “Yayda karantin qaydaları yumşaldılandan sonra insanlar COVID-19-un varlığını unutdular. Qapalı yerlərdə maskasız, toylarda 50 nəfərlik adı ilə 200-300 nəfər iştirak halları yoluxmaları artırdı. İndi bir az COVID pasportuna görə vaksin olunanların sayında artım var. Hesab edirəm ki, hələ 20 gün,1 ay müddətinə yoluxma yüksək göstəricilərlə davam edəcək. Ondan sonra nisbətən səngiməsi müşahidə ediləcək. Buna görə insanlar vaksinasiya olunmalıdırlar, çünki xəstəliyin qarşısının alınamasında vaksinasiya birinci yerdə dayanır”.
Vüqar Cavadzadə
Vüqar Cavadzadə
İnfeksionist qeyd edib ki, bəzi insanlar temperaturu olduğu halda əhəmiyyət vermir: “Soyuq olduğunu, guya kondisionerdə yatdıqlarını bəhanələr gətiririlər. Evdə düzgün müalicə almırlar, gecikdirirlər. Xəstəliyin ikinci həftəsindən artıq ağırlaşmalar başlayır. O zaman düşür xəstəxanaya. Bilirik ki, bu virusun konkret dərmanı yoxdur. Olsaydı, xəstəxanalarda bu qədər insanlar ölməzdi. Xəstəxanada da həkimlər sehirbaz deyil ki, çubuğunu işə salıb, ağır xəstələri vəziyyətdən çıxarsın. Ağır xəstələrin vəziyyətdən çıxması sadəcə bir şans məsələsidir. Xəstəxanalarda rəsmi olar gündəlik 40-45 nəfər ölür, qeyri rəsmi rəqəmlər bəlkə də iki dəfə artıqdır”.
V.Cavadzadə insanlara çağırış edib: “Öz həyatlarına laqeyd yanaşmasınlar, evdə tibb bacılarının özbaşına yazdıqları dərmanları qəbul etməsinlər. Onlar elə dərmanlar yazırlar ki, o dərman virusun müalicəsinə əks göstərişdir. Çoxu sistemlər məsləhət görürlər, çünki öz maraqlarını güdürlər. Sistemin birini 30-50 manata vururlar. Gəlir çox əldə etmək üçün çoxlu sistemlər yazırlar. Bu da xəstələri pis günə qoyur. İnsanlar axtarıb mütəxəssis, həkim infeksionistlərlə məsləhətləşsinlər. Ölkədə kifayət qədər infeksionist var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya