Azərbaycandakı mədənlərdən çıxarılan qiymətli metalların həcmi açıqlanıb
10:12 15.01.2021
Arxiv
401
Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyat aktivləri portfelinə sahib “Anglo-Asian Mining Plc” şirkəti 2020-ci ilin və ötən ilin dördüncü rübünün yekunlarına dair hesabat verib.
Oxu.Az-ın məlumatına görə, 2020-ci il üzrə şirkət 100 milyon dollardan çox gəlir və 38,8 milyon dollar xalis mənfəət əldə edib.
Ötən il ərzində şirkət 69,1 min unsiya qiymətli metal hasil edib. Eləcə də, şirkət tərəfindən 2020-ci ilin 24 noyabr tarixində Azərbaycan dövlətinə Gədəbəydə mədənlərin işlənməsi ilə bağlı müqavilənin beş il müddətinə uzadılmasını təsdiqləyən sənəd təqdim edilib.
Belə ki, 2020-ci ilin dördüncü rübündə şirkət 16,8 min unsiya həcmində qiymətli metal hasil edib. Eləcə də, 13,3 min unsiya həcmində qızıl, 696 ton mis, 33,1 min unsiya həcmində gümüş hasil edib. 2020-ci ildə isə 56,9 min unsiya qızıl, 2,6 min ton mis, 122,9 min unsiya gümüş hasil edib.
Şirkət hasil edilən məhsulların gəlir həcmləri haqqında da məlumat verib. Belə ki, şirkət 2020-ci ilin dördüncü rübündə 18,1 min unsiya həcmində qızılın bir unsiyası üçün 1 884 ABŞ dolları gəlir əldə edilib. 2019-cu ildə isə 12,5 min unsiya həcmində qızılın bir unsiyası 1 481 dollardan satılıb. Eləcə də, 4,2 min ton mis 6,8 milyon dollara təklif edilib. Halbuki, 2019-cu ilin dördüncü rübündə isə 3,7 min ton mis 6,8 milyon dollara satılıb.
Bütövlükdə, 2020-ci il üzrə 48,7 min unsiya qızılın bir unsiyası 1 777 dollardan satılıb. 2019-cu ildə isə 54 min unsiya qızılın bir unsiyası üçün təklif 1 410 dollar olub. Eləcə də, 11,8 min ton mis 17,7 milyon dollara satılıb. 2019-cu ildə isə 10,3 min ton mis üçün təklif 16,7 milyon dollar olub.
Qeyd edək ki, şirkətin 2019-cu ildə tranzit xərclər də daxil olmaqla xalis mənfəəti 21,2 milyon dolları təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq