Azərbaycandan xarici terror qruplarına qoşulan varmı? - Açıqlandı
07:52 21.06.2021
Arxiv
374
Bu gün Azərbaycandan demək olar ki, xarici terrorçu qruplara qoşulan yoxdur. Son dövr ərzində belə hal qeydə alınmayıb.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə belə hallar qeydə alınırdı:
“Lakin hüquq mühafizə orqanlarının apardığı profilaktik işlər, ideoloji təbliğat, o cümlədən mətbuatın apardığı maarifləndirici tədbirlər bunun qarşısını almaqda mühüm rol oynayıb:
“Hazırda bu istiqamətdə heç bir fakt qeydə alınmayıb. Əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub. Həmin ailə üzvlərinin bir qismi gətirilib, təbii ki, orada uşaqlar və qadınlar da var. Bununla bağlı məxsusi reabilitasiya mərkəzi yaradılıb.
Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri geriyə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri demək çətindir. Amma əvvəlki dövrlərdə də bu cür hallar Azərbaycandan az sayda olub. Ümumiyyətlə əvvəlki illərdə də İŞİD-in terror qruplaşmalarında iştirak edən xarici vətəndaşlar siyahısında bizim ölkə çox aşağı yerlərdə olub.
Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Rəqəmlər o qədər aşağı olurdu ki, Azərbaycanın adı bəzən heç statistikaya da düşmürdü”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya