Azərbaycanın BMT-dəki nümayəndəliyi bəyanat yaydı
14:08 06.07.2017
Arxiv
529
Ermənistan Azərbaycanın qoşunların qarşıdurma xəttinə yaxın bölgələrində məskunlaşmış dinc sakinlərinə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı sistemli, məqsədyönlü hücumlar həyata keçirir.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycanın BMT-də və Cenevrədəki digər təşkilatlardakı daimi nümayəndəliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Ermənistanın Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə hücumları beynəlxalq humanitar hüquq və insan hüquqlarının, o cümlədən Cenevrə Konvensiyasının və bu konvensiyaya 1 nömrəli əlavənin, Uşaq Hüquqları Konvensiyası və insan hüquqlarının və digər azadlıqların müdafiəsi konvensiyalarının kobud şəkildə pozulması deməkdir.
Bəyanatda deyilir: "Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhə xəttində uzunmüddətli gərginliyin və davam edən insidentlərin əsas səbəbidir və Ermənistanla Azərbaycan arasında münaqişənin həll olunması qarşısında əsas əngəldir. 2017-ci ilin iyununda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən sonra onlar münaqişədə substantiv danışıqlara başlamağı təklif edərək status-kvonun dəyişdirilməsinə çağırıb. Lakin Ermənistan tərəfi bu çağırışlara dinc sakinlərin qətli ilə qarşılıq verdi. Vəziyyəti gərginləşdirməklə Ermənistan münaqişənin nizamlanmasını zərbə altına qoymaq məqsədi güdür”.
Bəyanatda o da vurğulanır ki, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan torpaqlarının qanunsuz işğalını dayandırmağı, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağı və münaqişənin həlli prosesində konstruktiv iştirakını tələb etməyə çağırıb.
Bəyanatda qeyd olunur: "Hazırkı vəziyyətlə bağlı məsuliyyət tamamilə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya