“Azərbaycanın intellektual birincisi” layihəsinin şimal bölgəsi üzrə qalibləri müəyyənləşib
11:31 29.10.2018
Arxiv
550
Oktyabrın 28-də Qubada Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan "Azərbaycanın intellektual birincisi” layihəsinin şimal bölgəsi üzrə qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq üçüncü mövsümdür keçirilən layihənin zona mərhələsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının intellektual gəncləri hər biri 18 nəfərlik komanda ilə çıxış ediblər.
Quba Gənclər Mərkəzində keçirilən təqdimat mərasimində bildirilib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir. Qeyd edilib ki, bu gün gənclər üçün, onların bu kimi layihələrdə iştirakı üçün dövlət tərəfindən bütün şərait yaradılıb.
Bildirilib ki, layihə iki mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir.
Təqdimatdan sonra şimal bölgəsini əhatə edən 5 rayonun gənc intellektuallarının iştirakı ilə turnirə start verilib. Komandalar "Xəmsə”, "Nə? Harada? Nə zaman?”, "Axtar tap", "Vətəni Tanı" oyunları üzrə yarışıblar.
Maraqlı və həyəcanlı mübarizənin sonunda Şabrandan 2-i, Quba və Xaçmazdan isə hər birindən 1 komanda şimal zonası üzrə qalib seçilərək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70-dən çox rayondan 1500 gəncin iştirakı gözlənilir. Layihə çərçivəsində növbəti regional turnirlər Sumqayıt, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər mərkəzlərində keçiriləcək.
"Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya