Azərbaycanın məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb
07:40 14.11.2020
Arxiv
533
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dollarını təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 22 faiz azalıb.
Bu dövr ərzində ölkədən 10 milyard 6,8 milyon dollar həcmində məhsul ixrac edilib (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10 faiz azalma) ki, bu ticarət dövriyyəsinin 56,1 faizini təşkil edən. İdxalın həcmi 7 milyard 823,5 milyon dollar təşkil edib (38,7 azalma), bu da ticarət dövriyyəsinin 43,9 faizidir.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ixrac edilən məhsulların həcmi idxal olunan məhsulların həcmini üstələyib və nəticədə 2 milyard 183,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə isə 18,2 faiz azalaraq 1 milyard 282,4 milyon dollar təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.
İxracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsullarının ixracının 37,9 faizi Rusiyaya, 19,6 faizi Türkiyəyə, 12,9 faizi İsveçrəyə, 7,8 faizi Gürcüstana, 2,6 faizi Çinə, 2,3 faizi Ukraynaya, 1,8 faizi İtaliyaya, 1,6 faizi İrana, 1,5 faizi - Qazaxıstana, 1 faizi - Belarusa, 0,9 faizi - ABŞ-a, 0,9 faizi - Türkmənistana, 0,9 faiz - Almaniyaya həcmində qeyri neft-qaz məhsulları ixrac edilib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,4 faizi Türkiyə, 13 faizi Çin, 6,7 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Fransa, 4 faizi Ukrayna, 3,9 faizi İtaliya, 2,8 faizi Böyük Britaniya, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 21 faizi isə digər ölkələr ilə aparılmış əməliyyatlarının payına düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm