Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalandı
17:16 16.11.2018
Arxiv
849
Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Rusiya mədəniyyət naziri Vladimir Medinskiy arasında ikitərəfli görüş keçirilib. Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Forumda "fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar. Qeyd edək ki, "fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.
VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində keçirilən təntənəli imzalanma mərasimində iştirak edən Rusiya Federasiyası hökümət sədrinin müavini Olqa Qolodets və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri imzalanmadan sonra çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.
Daha sonra nazir Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.
Forumun ikinci günü nazir Ə.Qarayev "Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektur cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyaslarda iştirak edib.
Forum öz işinə 18 noyabr tarixinədək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət