Azərbaycanlı biznesmen beynəlxalq axtarışa verildi




Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.

Lent.az İnterpol-un saytına istinadən xəbər verir ki, 6 oktyabr 1955-ci il tarixində Cəbrayıl rayonunda anadan olmuş Ənvər Rüstəmov biznes maraqları üçün rüşvət verməyə cəhddə ittiham edilir. Rusiyanı tərk etdiyi üçün məhkəmə onun tutularaq istintaqa verilməsi üçün dövlətlərarası axtarış élan edib.