Azərbaycanlı diaspor rəhbərinin qızını erməniyə ərə verməsinə REAKSİYA...
15:20 08.05.2018
Arxiv
980
Elman Məmmədov:"O, azərbaycanlıları birləşdirən əhəmiyyətli təşkilata rəhbərlik edirsə, məsələ tamamilə başqa müstəviyə çəkilir"
"Ermənilərlə yaxın qohumluğu olan şəxsin diaspor rəhbəri kimi məsuliyyətli vəzifədə çalışmasını düzgün hesab etmirəm”.
Bunu "Sherg.az”a Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi məsələsinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.
Parlamentari vurğulayıb ki, Rusiyada yaşayan və diaspor təşkilatı ətrafında birləşən azərbaycanlılar bununla bağlı qərar verməlidirlər:
"Həmin soydaşlarımız müəyyən etməlidirlər ki, ermənilərlə sıx qohumluğu olan şəxs onlara rəhbərlik edə bilər, yoxsa yox. Söz onlarındır. Mən isə sadəcə şəxsi fikrimi bildirdim. Ağadadaş Kərimov sıradan vətəndaş deyil. O, azərbaycanlıları birləşdirən əhəmiyyətli təşkilata rəhbərlik edirsə, məsələ tamamilə başqa müstəviyə çəkilir.
Ümumilikdə isə kiminsə xarici ölkədə erməni ilə ailə qurması, qohumunun erməni olması özünün şəxsi məsələsidir. Sadəcə diaspor kimi məsuliyyətli qurumun məsuliyyətini özündə daşıyan şəxs milli, mədəni dəyərlərimizi, mentalitetimizi nə dərəcədə müdafiə edə bilər? – bunu aydınlaşdırmaq vacibdir”.
Qeyd edək ki, A. Kərimov yayılan xəbərlərin doğruluğunu təsdiq edib, o qızını erməni milliyyətindən olan şəxsə ərə verdiyinə görə peşman olmadığını dilə gətirib: "Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə