Azərbaycanlı müğənni İbrahim Tatlısəsə 200 min pul təklif edib? - VİDEO
08:32 01.03.2018
Arxiv
882
"Bir çoxları deyir ki, 200 min verib İbrahim Tatlısəsi ağlatmışam”. Lent.az-ın məlumatına görə, bu sözləri "APA TV”-nin "Show time” verilişində qonaq olan müğənni Zenfira İbrahimova deyib. O bildirib ki, canlı ifası zamanı İbrahim Tatlısəsi ağlatması təsadüfidir: "İbrahim Tatlısəsin yanına gedəndə bilmirdim ki, məni kamera çəkir. O anda elə bir məqamda idim ki, ayaqlarım donmuşdu, özümü itirmişdim. Oğlumun adını da İbrahim qoymuşam. Onun sənətinin vurğunu olmuşam. Mahnıları sayəsində çörək pulu qazanmışam. Hansısa məclisə gedəndə Tatlısəsin repertuarından bir mahnı xahiş edirlər. Halallığı sevən insanam. Onun yanında oturdum, mahnı oxudum. Heç bilmədim ki, kimsə də bunu çəkər. Daha sonra bunu paylaşdılar. Mən də ordan götürüb öz səhifəmə yüklədim. Amma həmin videonu Türkiyənin ana xəbərlərində görəndən sonra donub qalmışdım. Bunu gözləmirdim. Çünki bu məqsədlə Türkiyəyə getməmişdim. Hətta bir çoxları iddia etdi ki, İbrahim Tatlısəsə 200 min pul vermişəm ki, ağlasın. Bu nə qədər düzgündü? Təsəvvür edin ki, mən İbrahimə pul verirəm ki, ağla. Bu, düzgün deyil. Onun 200 minə ehtiyacı yoxdur. Tək Allahım şahiddir ki, bu, təbii alınan bir şeylərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət