
Azərbaycanlı “qanuni oğru” türmədən çıxıb, Bakıya gəldi - FOTOLAR
12:20 27.01.2019
Arxiv
888
Emin Hacıqabulski Çuvaşiya, Kareliya, Maqadan və Vladimir vilayətlərindəki ciddi rejimli həbsxanalarda cəza çəkib
Yanvarın 25-də, azərbaycanlı "qanuni oğru”, Emin Hacıqabulski kimi tanınan Emin Əhmədov Krasnoyarski həbsxanasından azadlığa buraxılıb. Emin Əhmədov azadlığa buraxılan kimi ona Rusiya Daxili İşlər Nazirliyinin ölkə hüdudlarını dərhal tərk etməsi barədə qərarı elan olunub. Qərarda bildirilir ki, Emin Əhmədov ömürlük Rusiyaya gəlmək yasaq olunub. O, xəbərdarlıqla bağlı rəsmi sənədi imzalamaqdan imtina etsə də, Rusiyanı tərk edib və Bakıya gəlib.

Yayılmış videoda E. Əhmədov "siz "qanuni oğru”sunuzmu sualına "hə, həm də böyük hərflərlə "qanuni oğru” deyib.
Musavat. com özəl mənbələrinə istinadən xəbər verir ki, Emin Hacıqabulski Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. 2007-ci ildə Moskva məhkəməsi onu bandtizmdə, quldurluqda və ölümə cəhddə günahlandıraraq 13 il müddətinə həbs edib. O, Çuvaşiya, Kareliya, Maqadan və Vladimir vilayətlərindəki ciddi rejimli həbsxanalarda cəza çəkib. Rusiya mətbuatı iddia edir ki, Emin Hacıqabulski Azərbaycanın bir nömrəli "qanuni oğru” su hesab edilən Nadir Səlifovla ("Lotu Quli”) konfliktdədir, bu və digər səbəblərdən də onun "qanuni oğru” adı Əli Heydərov, Hacı Beyləqanski kimi "şübhəli və suallıdır”.
Emin Hacıqabulski 2013-cü ilin fevralında-Aslan Usoyanın qətlindən bir ay sonra Maqadan vilayətindəki həbsxanalardan birində "qanuni oğru” adını alıb. Onun taclandırmasında 2013-cü ilin avqust ayının 18-də İstanbulda qətlə yetirilən "Qoca” ləqəbli Əlibala Həmidov da iştirak edib.
Musavat.com xəbər verir ki, Emin Camal oğlu Əhmədov 1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub.
Yada salaq ki, "Lotu Quli” əslən gəncəli olan "Albert Rıjıy” kimi tanınan "qanuni oğru” Əli Heydərovun statusunu dayandırıb. Bildirilirdi ki, "Quli” hazırda Mari-Eldəki həbsxanaların birində cəza çəkən "Albert Rıjıy”ın "qanuni oğru” statusunu dayandırıb. Buna səbəb isə ona "bəzi sualların” olmasıdır.
"Lotu Quli” ilə "Albert Rıjıy”ın həqiqətən də həll ediləsi bir məsələsi var. Çünki "Quli” həbsdə olanda "Albert Rıjıy” onu sui-qəsddə ittiham edib, hətta bu işlə bağlı məhkəmə də keçirilib. 2014-cü ildə keçirilən bu məhkəmədə rəsmi ittihamda bildirilirdi ki, həmin ilin mart ayının 18-də iki killer "Albert Rıjıy”ı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub.”Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon” un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra Gürcüstanda anadan olmuş İlham Hacıyev də həbs edilib. İddia olunurdu ki, "Hamlet” "Lotu Quli”nin qohumudur.
Sifarişdə "Lotu Quli”nin adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəldib. Piterdə keçirilən "sxodka”da iştirak edən bəzi "qanuni oğru” lar "Albert Rıjıy”a sui-qəsdə "Quli”nin adının hallanmasına etiraz ediblər. Onlar deyiblər ki, sui-qəsd məsələsini "Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmə də sonda sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. "Quli” "bəzi suallar” dedikdə heç şübhəsiz ki, həm də bu ittihamı nəzərdə tutur.
"Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy” "qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər-Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb.
"Albert Rıjiy” bu ilin yanvarında Sankt-Peterburq məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 35 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya