Azercell Azərbaycanda ilk mobil operator oldu
14:34 29.12.2019
Arxiv
1916
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC bu ili növbəti uğura imza ataraq başa vurur. Bu dəfə Azercell dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən İSO/IEC 27001 sertifikatına layiq görülüb.
Fəaliyyətində şəffaflığın qorunub saxlanmasını, müştəri məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etməyi prioritet hesab edərək, Azercell ölkədə bu sertifikata layiq görülən ilk mobil operator oldu. Belə ki, müstəqil audit yoxlamaları zamanı məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azercell-in tətbiq etdiyi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq standartlara cavab verdiyi təsdiq edilib. İSO/IEC 27001 sertifikatı Azercell-də məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının yüksək səviyyədə qorunmasını bir daha sübut edir.
Qeyd edək ki, İSO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız İSO/IEC 27001-nin tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim edilir.
Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya
Salahla reklama çəkilən Hatice ana Misirdə məşhurlaşdı
15:55 29.09.2026
Maraqlı
Putin Azərbaycana qadağa qoydu
15:45 29.09.2026
Gündəm