"Bu, həm mövcud iqtisadi güc, həm təhlükəsizlik göstəricisidir. Eyni zamanda siyasi nüfuz deməkdir. Peyk özünü təqdimetmə imkanı verməklə yanaşı, digər ölkələrə informasiya təqdimatı və məlumat mübadiləsi sahəsində xidmət deməkdir. Məlumat mübadiləsi maddi təminatsız həyata keçirilmir. Başqa sözlə, bu, valyuta gəliri üzrə mənbə deməkdir.
" “Azərspace 2” iqtisadi güc və təhlükəsizliyimizin göstəricisidir" - Münasibət
07:31 27.09.2018
Arxiv
833
"Azərspace 2” peyki orbitə çıxarılan sayca 3-cü peykimizdir. Biz, buna son 5 il ərzində nail olmuşuq”.
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
İqtisadçı vurğulayıb ki, bu və ya digər ölkənin peykinin olması mühüm göstəricidir. Xüsusən də, Azərbaycan kimi ölkənin:
"Bu, həm mövcud iqtisadi güc, həm təhlükəsizlik göstəricisidir. Eyni zamanda siyasi nüfuz deməkdir. Peyk özünü təqdimetmə imkanı verməklə yanaşı, digər ölkələrə informasiya təqdimatı və məlumat mübadiləsi sahəsində xidmət deməkdir. Məlumat mübadiləsi maddi təminatsız həyata keçirilmir. Başqa sözlə, bu, valyuta gəliri üzrə mənbə deməkdir. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev də çıxışında bildirdi ki, bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Ümumiyyətlə, Azərbaycanın kosmik sənayenin inkişafı, peykləri idarə edən kadrlarları yetişdirilməsi ayrıca bir sahə deməkdir. Bu özü də məşğulluğun artmasına töhfədir”.
P.Heydərovun fikrincə, peyklərin olması iqtisadiyyatın bir çox sahələri üçün əhəmiyyətlidir:
"Dövlət başçısının qeyd etdiyi kimi infrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafında, ekoloji vəziyyətə nəzarətdə, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi kimi işlərdə "Azərsky” müşahidə peyki mühüm rol oynamaqdadır. Ümumiyyətlə, növbəti peykin də buraxılması ölkəmizin qeyri-neft sektoruna bir töhfədir”.
Qeyd edək ki, Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb. "Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə