Azyaşlıları aldadaraq mobil telefonlarını alan şəxs saxlanıldı
15:34 07.03.2020
Arxiv
388
Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazada satıcıların başının qarışmasından istifadə edərək piştaxtaların üzərində olan iki ədəd mobil telefonu oğurlayıb.
Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini Xaliq Qəribov tutulub.
Qeyd edək ki, onun mağazalardan oğurluq etməsi obyektlərin müşahidə kameraları vasitəsi ilə anbaan lentə alınıb. Xaliq Qəribov ifadəsində törətdiyi hadisələri etiraf edib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində paytaxtın müxtəlif yerlərində azyaşlıları aldadaraq onların mobil telefonlarını əllərindən alan şəxs saxlanılıb.
Tədbir zamanı yetkinlik yaşına çatmayan Bakı şəhər sakini Bahadur Məmmədov (ad və soyad şərtidir) tutularaq istintaqa təqdim edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya