Bağdadda partlayış: 39 nəfər ölüb





İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 39 nəfər ölüb. Türkiyə  mediası bu barədə Bağdad polisinə istinadən  məlumat verib.
Hadisə nəticəsində 57 nəfərin yaralandığı bildirilir. Partlayış şəhərin Mədinət əs Sədr meydanında baş verib. Hələlik heç bir qruplaşma terrora görə məsuliyyəti üzərinə götürməyib, amma ən böyük şübhəli İŞİD-dir.