“Litva hakimiyyəti ölkə ərazisində daimi əsasda fəaliyyət göstərəcək ABŞ hərbi bazasını qəbul etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas bildirib.
“ABŞ bazasını qəbul etməyə hazırıq. Litva amerikalı hərbçilərin ölkədə qalması ilə bağlı xərcləri kompensasiya edir, müttəfiqlərin burada yerləşməsi üçün zəruri infrastrukturun yaradılmasına ciddi investisiyalar yatırır, hərbi bölmələrin təlimləri üçün regionda ən yaxşı şəraitlərdən birini təmin edir”, - o, ABŞ bazasının yerləşdirilməsinin lehinə arqumentlərini açıqlayıb.
Nazir bu fikirləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Litvada hərbi bazanın yerləşdirilməsi ilə bağlı Vilnüsün təklifini nəzərdən keçirmək niyyətində olduğu barədə açıqlamasını şərh edərkən səsləndirib.
“Prezidentə Litvaya rasional və obyektiv yanaşmasına görə minnətdarıq”, - Kaunas deyib. Müdafiə naziri ölkəsini müdafiə investisiyaları sahəsində liderlərdən biri kimi qiymətləndirib: “Litva təkcə regionda deyil, bütün NATO üzvləri arasında təhlükəsizliyə investisiyalar üzrə liderdir”.