Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
17:02 19.02.2019
Arxiv
543
ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə fikirlər səsləndirəcək.
Bunu özəl olaraq Trend-ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-23-də Avstriyanın Vyana şəhərində ATƏT PA-nın qış sessiyasında iştirak edəcək.
Sessiyada çox vacib məsələlər ətrafında müzakirələrin aparılacağını bildirən B.Muradova əlavə edib ki, qış sessiyasında ATƏT PA-nın illik sessiyasına hazırlıq, ATƏT regionu və dünyanı narahat edən məsələlər, sessiya çərçivəsində Parlament Assambleyasında qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət, həlli uzadılmış münaqişələr, münaqişənin aradan qaldırılmasında ATƏT mexanizmlərindən istifadə, çirkli pulların yuyulması, terrorizmə və korrupsiyaya qarşı mübarizəyə dair məsələlər müzakirəyə çıxarılacaq:
"Biz nümayəndə heyəti olaraq, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini ifadə edəcəyik. ATƏT regionundakı mövcud vəziyyətlə bağlı fikirlərimizi səsləndirəcəyik. Həlli uzadılmış münaqişələr müzakirə olunan məsələlər arasında olduğundan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, Ermənistan və Azərbaycan arasındakı danışıqlarda yeni mərhələnin və Ermənistanda seçkilərdən sonra yaranmış yeni mühitin vəd edəcəyi bəzi imkanlar, bu imkanların danışıqlar prosesinə göstərə biləcəyi təsir haqqında fikirlərimizi səsləndirəcəyik. Hesab edirəm ki, çox vacib və maraqlı bir sessiya olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya