"Bakcell"in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində
11:49 09.02.2018
Arxiv
504
Azərbaycanının İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün 4G LTE şəbəkəsini ölkənin şimal bölgəsində də istifadəyə verib.
Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərin davamı olaraq, Bakcell şirkəti Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE stansiyaları quraşdırıb. "Bakcell"in 4G xidməti artıq Quba, Qusar (Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə edir. Beləliklə, Bakcell abunəçiləri həmin ərazilərdə ən yüksək sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.
"Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə ərazisində təmin etməkdir. Bildiyiniz kimi, 4G şəbəkəmizin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G stansiyalarının quraşdırılmasına başladıq və bununla respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start verdik. Bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında Bakcell şirkəti böyük məmnuniyyətlə özünün ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan etdi. Bu gün isə biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda ən yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən yararlana biləcəklər”, deyə "Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.
"Bakcell"in 4G xidməti daim mobil olmaq və olduqları bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci ildə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şəbəkəsi Azərbaycanda "Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm