Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə çıxdı - FOTO




Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə çıxıb. Lent.az xəbər verir ki, bu gün tanınmış hakim icraatında olan sonuncu cinayət işi ilə bağlı məhkəmə prosesini yekunlaşdırıb. T.Nəsrullayevanın başçılıq etdiyi kollegiya təqsirləndirilən şəxslərin ikisinə də bəraət hökmü verib. daha sonra qadın hakim yaş həddi ilə əlaqədar təqaüdə çıxdığını bildirib.
Qeyd edək ki, 1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.