“Bakı Kart”ın layihəsi uğurlu deyil
06:56 28.02.2018
Arxiv
1504
Turistlər üçün ictimai nəqliyyatın pulsuz olması çox məntiqsiz bir yanaşmadır
Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.
Milli Turizm Təbliğat Bürosundan verilən məlumatda bildirilib ki, "Bakı Kart” Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur. "Bakı Kart” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.
Kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq.
Sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında turistlər üçün nəzərdə tutulan "Bakı Kart” layihəsinin doğru yanaşma olmadığı qənaətindədir.
Onun sözlərinə görə, ölkəyə turist cəlb etmək üçün ediləcək ən son addım xarici ölkə vətəndaşları üçün endirim və ictimai nəqliyyatdan pulsuz istifadənin reallaşdırılmasıdır:
"Dünyanın heç bir turistik şəhərlərində bu cür təcrübələrdən istifadə olunmur. Əksinə, muzeylərə və digər mədəniyyət ocaqlarına giriş yerli əhali üçün nəzərdə tutulan qiymətdən daha baha olur. Türkiyədə və Avropanın bir çox şəhərlərində belədir. Əgər turistlər səfər etdikləri ölkənin mədəniyyət ocaqları ilə maraqlanır, muzeyləri gəzmək istəyirlərsə, onlara endirim kartı verməkdənsə, Azərbaycanın gəzməli-görməli yerlərini təbliğ etmək və onların marağına səbəb ola biləcək məlumatlar vermək lazımdır. Turistlər üçün biletin qiymətindən daha çox getdikləri yerdən alacaqları təəssürat daha önəmlidir”.
Ekspertin sözlərinə görə, turistlər üçün ictimai nəqliyyatın pulsuz olması isə çox məntiqsiz bir yanaşmadır:
"Bu addım reallaşarsa, yerli əhalinin narazılığına səbəb olacaq. Təqaüdçülər, tələbələr və sosial qayğıya ehtiyacı olan digər təbəqələr üçün heç bir güzəşt olmadığı halda turistlərə pulsuz gediş-gəliş kartının verilməsi absurddur. Yaxşı olar ki, ölkənin mədəniyyət abidələrinin tanıtımı üçün daha kreativ video-çarxlar çəkilsin və təqdimatlar keçirilsin. Bu, daha məntiqli və məqsədəuyğun olar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou