Bakı Məktəb Lisey Kompleksinin valideynləri yenidən aksiya keçirir
06:40 21.09.2017
Arxiv
441
Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) valideynləri yenidən aksiya keçirir.
Lent.az-ın məlumatına görə, iki gundur davam edən aksiyaya səbəb məktəbin direktoru Qafar Hüseynovun işdən uzaqlaşdırılmasıdır.
Valideynlərin Lent.az-a bildirdiyinə görə, məktəbə direktorun əvəzedicisi göndərilib: "Validenlərin əsas tələbi məktəbdə 4 aydır davam edən komissiyaya, xaotik vəziyyətə son qoyulması, normal təhsil mühitinin bərpa olunması və Qafar Hüseynovun yenidən öz işinin başına dönməsidir. Əks halda valideynlər övladlarını bu məktəbdən çıxaracaqlar".
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə Lent.az-a bildirib ki, dünən də İdarənin nümayəndələri etirazçılarla görüşüb söhbət aparıblar: "Onlara bildirildi ki, məktəbin rəhbərliyi hazırda fəaliyyətdədir, işdən çıxarılmayıb, sadəcə bülletendədir. Bu məsələ niyə belə şişirdilir və təşkil olunur, anlamıram. Əslində bu etirazların özü məktəbdə tədrisə mane olan prosesdir. Kimlərində dərsə mane olması özü düz deyil. Bu günkü və dünənki əməllə isə etirazçılar ancaq buna nail olmağa çalışırlar".
B. Məmmədov qeyd edib ki, hazırda da BŞTİ-nin nümayəndələri məktəbdədirlər: "Məktəbdə tədris prosesi normal qaydada davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol