Mövcud durumla bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, avtomobillərin dayanma və durması ilə bağlı məsələlər Bakı şəhəri üçün ən böyük problemlərdən biridir. Ekspertin sözlərinə görə, BNA-nın dayanma və durma problemi ilə bağlı işi olduqca çoxdur. Ona görə də bu problemlər mərhələli şəkildə həll olunmalıdır:
Bakı Nəqliyyat Agentliyinin görəcəyi hələ çox işlər var
08:53 18.01.2019
Arxiv
519
Ona görə harda gəldi-gəlmədi avtomobillərin cərimələnməsi doğru deyil, haqlı narazılıqlar yaradırEkspert bildirib ki, sürücülərin qadağan olunmuş yerlərdə dayanmaması üçün alternativ yerlər olmalıdır. Lakin belə yerlər olduqca azdır
Mövcud durumla bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, avtomobillərin dayanma və durması ilə bağlı məsələlər Bakı şəhəri üçün ən böyük problemlərdən biridir. Ekspertin sözlərinə görə, BNA-nın dayanma və durma problemi ilə bağlı işi olduqca çoxdur. Ona görə də bu problemlər mərhələli şəkildə həll olunmalıdır:
Bu yaxınlarda paytaxtda avtomobillərin dayanma və durmasına nəzarət Bakı Nəqliyyat Agentliyinə (BNA) tapşırıldı. Ümumiyyətlə, maşınların parklanması hər zaman problemli məsələ olub. Xüsusilə bu sahəyə nəzarət olduqca çətinliklər yaradır.
Dayanma-durma qaydalarına nəzarətin BNA-ya verilməsi isə şəhərdə xaotik mənzərə yaradıb. Sürücülər narazılıq edirlər ki, şəhərin istər mərkəz, istərsə ətraf ərazilərində parkomatların yenidən təşkili həyata keçirilmir və kütləvi cərimələr yazılır.
Sürücülər deyirlər ki, hətta 5-10 dəqiqəlik hansısa hərəkətə mane olmayan yerdə belə avtomobil saxladıqda, yaxud maşın xarab olub yolda qalanda da az sonra cərimələnmə barədə ismarıc göndərilir.
Bu da ciddi şəkildə narazılıq doğurub. Çünki BNA şəhərdə parkomatların, parkinqlərin təşkili ilə tam əhatəli məşğul olmur və dayanma-durmanın qadağan olunduğu yerlər bildirilmir. Diqqət ancaq kor-təbii şəkildə cərimə yazmağa yönəlib.
Parkinqlər yaradılmadığına görə hazırda tibb, təhsil müəssisələrinin qarşısında, iaşə obyektlərinin önündə, hər yerdə dayanma-durma xaosu yaşanır.
Mövcud durumla bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, avtomobillərin dayanma və durması ilə bağlı məsələlər Bakı şəhəri üçün ən böyük problemlərdən biridir. Ekspertin sözlərinə görə, BNA-nın dayanma və durma problemi ilə bağlı işi olduqca çoxdur. Ona görə də bu problemlər mərhələli şəkildə həll olunmalıdır: "Elə yerlər var ki, orada dayanma və durma qadağan olunur. Amma sürücülər məcburi şəkildə müəyyən yerlərdə, məsələn, məktəblərin qabağında və hansısa məntəqələrdə dayanırlar. Digər tərəfdən isə dayanma hərəkətin təhlükəsizliyinə, tıxaclara səbəb olursa, o zaman həmin yerdə dayanma və durma olmamalıdır. Bəzi sürücülər işlərini asanlaşdırmaqdan ötrü istəyirlər ki, həmin yerdə maşını rahat saxlayıb işlərini görsünlər. Amma digər tərəfdən həmin yerdə hərəkətin təhlükəsizliyinə maneçilik yaranırsa, o zaman bunun qarşısını inzibati üsullarla almaq lazımdır. Əlbəttə, belə olduqda sürücülər arasında narazılıq əmələ gəlir.
Bu, təbii narazılıqdır. Sürücülər hər zaman istəyirlər ki, işlərini daha da rahat etsinlər. Dayanma-durma qadağan olunan yerləri nizamlamaq və nəzarət etmək qeyri-mümkündür. Kameralar olan yerlərə nəzarət etmək mümkündürsə, dayanma-durma qaydasını pozanlara müəyyən cərimələr tətbiq oluna bilər. Yol hərəkətinin təşkili və təhlükəsizliyi üçün dayanma və durmanı qadağan edirlər”.
Ekspert bildirib ki, sürücülərin qadağan olunmuş yerlərdə dayanmaması üçün alternativ yerlər olmalıdır. Lakin belə yerlər olduqca azdır: "Alternativ yerlərin yaradılması mümkün olan yerlərdə bunu edirlər. Amma şəhərdə çox yerdə bu mümkün olmadığı üçün problemlər yaranır. Deməli, sürücülər bu imkanların olmadığını nəzərə almalıdırlar. Əgər hansısa yerdə dayanmağa icazə yoxdursa, sürücü buna əməl etməlidir.
Elə məsələlər var ki, bəlkə də gələcəkdə təmin olunacaq. Xüsusi şəkildə və inzibati qaydada hansısa üsulları tətbiq etməklə problemin qarşısını almaq olar. BNA-ya bu işi tapşırıblar və hər işi birdən-birə təşkil etmək çətindir. Bu, tez bir zamanda mümkün olan məsələ deyil. Ona görə də BNA çalışır ki, tədricən bu məsələləri həll etsin.
Düşünürəm ki, bu sahədəki problem hüquqi cəhətdən təmin olunmalıdır ki, narazılıqlara səbəb olmasın. Bu işlər mərhələli şəkildə həll olunmalıdır. Sürücülərin hüquqi baxımdan günahkar olub-olmamasına baxılmalıdır.
Ölkə başçısının yeni sərəncamında da 2019-2023-cü illərdə yol hərəkəti təhlükəsizliyi üçün müvafiq işlərin görülməsi nəzərdə tutulub. Ona görə də hansı yerlərdə sürücülərin dayanmasına imkan varsa, buna şərait yaradılmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil