Bakı sakini smartfona görə anasını öldürdü
11:06 20.02.2019
Arxiv
544
Bakıda bir gənc smartfon üstündə düşən mübahisədən sonra doğma anasını öldürüb.
Bu barədə "Sputnik Azərbaycan” Nərimanov Rayon Polis İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib. Qətl fevralın 18-də törədilib.
Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o anasına stulla sinə nayihəsindən zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.
"Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Günlərlə evdə olmayıb. Fevralın 19-u, 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib. Çox keçmədən cinayət yerinə polis gəlib”, - deyə polis rəsmisi bildirib.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, oğulla ana arasında mübahisə smarfona görə düşüb. E.Müslümov arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldırıb.
Qeyd edək ki, evdə onlardan başqa heç kim yaşamayıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayətkar epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.
Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya