Bakı-Sumqayıt yolu bağlanacaq - Alternativ yollar
11:27 27.07.2018
Arxiv
586
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Sherg.az"a verilən məlumatda bildirilir ki, buna görə həmin hissədə iyulun 28-i səhər saat 10:00-dan iyulun 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.
Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Alternativ yollar:
1. Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:
- Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən
- Binəqədi şossesindən,
- Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.
2. H.Z.Tağıyev-Sahil avtomobil yolundan:
- Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,
- Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür.
3. Bakı-Sumqayıt yolundan:
- Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,
- Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 -cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,
- Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,
- Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm