Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq
11:54 03.04.2019
Arxiv
553
Bakı-Tbilisi-Qars dəmiryolu xəttində hərəkət edəcək sərnişin qatarında 246 yer nəzərdə tutulub. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilib.
Qatar "Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin "Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub və 10 vaqondan ibarətdir. Qatarda doqquz sərnişin vaqonu, bir restoran var.
"Vaqonlar "standart”, "komfort”, "biznes” və "restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub.
ADY 2019-cu ilin ikinci yarısından başlayaraq, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.
Xəbər verildiyi kimi, ADY BTC ilə sərnişin daşınmasının təşkili məqsədilə "Stadler” şirkətindən 30 vaqon sifariş edib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi