"Bakıda 20-ə qədər məktəbin təmirə ehtiyacı var" - Prezident
11:05 15.09.2017
Arxiv
464
"Sizi yeni dərs ili münasibəti ilə təbrik edirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaq, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibəti ilə təbrik etmək istəyirəm”.
APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, 20 nömrəli məktəb dünyanın ən yüksək standartlarına cavab verir:
"Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olub. Bu gün də ölkənin ən böyük məktəbi kimi fəaliyyətini yeni binada davam etdirir”.
Prezident İlham Əliyev bildirib ki, 10 il əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülüb: "Mən bu məktəbdə olmuşdum, təmir işləri aparılmışdı. O vaxt üçün bəlkə də təmir işləri pis aparılmamışdı. Ancaq bu, bizim bugünkü inkişaf səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni bina tikilsin. Xatırlayıram ki, o vaxt müəllimlər və şagirdlərdə müəyyən fikirlər, narahatlıqlar vardı ki, bu məktəb söküləcək və yerində başqa bina tikiləcək. Bəzən şəhərdə belə şayiələr gəzir. Ancaq bizim planımız başdan bundan ibarət idi ki, 20 nömrəli tarixi məktəbin yerində yeni məktəb tikilsin. 2,5 il ərzində möhtəşəm bir bina tikildi. Bu gün ölkəmizin ən böyük və gözəl məktəbi 20 nömrəli məktəbdir. Bu adı qazanmaq o qədər də asan deyil. Çünki son illər bölgələrdə və Bakıda bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. 20 nömrəli məktəb bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaq”.
Prezident qeyd edib ki, son illər Bakıda, Azərbaycanda məktəblərin əksəriyyəti təmir olunub. Yeni məktəblər, korpuslar tikilib.
Dövlət başçısı deyib ki, Bakıda 300-dən çox məktəb var: "Son məlumata görə, 20-ə qədər məktəbin təmirə ehtiyacı var. Əminəm ki, gələn il, əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakıda 10 məktəb əsaslı təmir olunub, tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb təmir olunub, tikilib. İndi bölgələrdə tez tikilən modul tipli məktəblər tikilir. Onların 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Qəzalı məktəblərlə bağlı problem də yaxın 2-3 il ərzində həllini tapmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya