Bakıda "Asiya ürəyi” konfransı baş tutacaq




2017-ci ildə Bakıda " Asiya ürəyi” (Heart of Asia – Istanbul Process) konfransı baş tutacaq. Və bu məqsədlə Asiya və Avropa ölkələrinin rəhbərliyi və diplomatları Azərbaycana təşrif buyuracaq. 

Bu barədə Sherg.az -a Latviya-Azərbaycan Kültür Assosiasiyasının rəhbəri Faiq Səfərov məlumat verib. O, qeyd edib ki, tədbirə Latviya xarici işlər naziri Cənab Edgars Rinkeviçs və nazir müavini Andreys Pildeqoviçs də qatılacaq.

F. Səfərov onu da əlavə edib ki, A. Pildeqoviçs dekabrın 4, Hindistanın Amritsar şəhərində keçirilən "Asiyanın urəyi” konfransında iştirak edib: 

" Məlumat üçün deyim ki, bu konfrans Türkiyə və Əfqanistanın təşəbbüsünün əsasında 2011-ci ildən keçirilməyə başlayıb. Bu Forumun əsas məqsədi regionda keçirilən tədbirlərin əsasında, Konfrans iştirakçılarına siyasi və iqtisadi kömək göstərməkdir. İnanırıq ki,  "Asiyanın ürəyi”Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk qrupundan daha çox töhvə verə bilərdi".

Ayyət