Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı
12:45 24.11.2017
Arxiv
662
Bakıda avtomobil 4 piyadanı vurub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 7 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub. Qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib hazırda vəziyyətləri qənaətbəxşdir.
Qəza barədə Sabunçu Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb, müvafiq müayinələr aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və dərhal görülmüş tədbirlərlə Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun "VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya