Bakıda bağban qətl törətdi - Polisə zəng edib “narahat olmayın” deyib
11:17 29.04.2019
Arxiv
620
Ötən həftə Bakının Xəzər rayonunda xüsusi qəddarlıqla törədilmiş qətl hadisəsi qeydə alınıb. Oxu.Az-a bu haqda Xəzər rayon prokurorluğundan məlumat verilib.
Aprelin 29-da Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçin meyiti aşkarlanıb. Meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaralar olub.
Qurbanı telefon zəngindən sonra aşkarlamaq mümkün olub.
46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğlu polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını istəyib, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini vurğulayıb. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.
Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib. Qatil qurbanının bədənində salamat yer qoymayıb.
İlkin məlumata görə, Musayev başqa ərazidə yaşayır. Aprelin 28-də İlyasovun yanına qonaq qismində gəlib. Münaqişənin qısqanclıq zəminində meydana gəldiyi ehtimal edilir. Ancaq qatil hələ saxlanılmadığından, bu variant tam təsdiqini tapmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə