Bakıda binanın eyvanı uçdu




Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi 15 ünvanında yerləşən 1931-ci ildə tikilmiş binanın eyvanı intensiv yağışlar zamanı ağırlığa dözməyərək uçub.

Baku TV-nin məlumatına görə, sakinlər bildirir ki, bina artıq yaşamaq üçün təhlükə mənbəyinə çevrilib. Təmirlə bağlı dəfələrlə müraciət etsələr də, nəticə əldə olunmayıb

Hadisə baş verən yerə gələn Nərimanov rayon təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev qəzalı vəziyyətə düşən yerlərin təmir olunacağını bildirib, binanın sökülərək yenidən tikilməsinin hələlik nəzərdə tutulmadığını qeyd edib.