
Bakıda dəhşətli ailə dramı: 5 gün arvadını izlədi, sonra uşaqların gözü qarşısında qətlə yetirdi
08:10 13.01.2019
Arxiv
774
Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları analarını öldürməsin "Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq"
Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları - Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin. Sherg.az bildirir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını "Sputnik Azərbaycan"a açıqlayıb.
Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. Onun 38 yaşlı həyat yoldaşı Dadaşov Rövşən Möhübbət oğlu saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Dadaşovun arvadını qətlə yetirməsinə qısqanclıq səbəb olub. Dindirilmə zamanı Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.
Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Dadaşova WhatsApp mobil tətbiqi vasitəsilə baldızına yazıb: "Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq".
Cütlüklər arasında qalmaqallar adi hal olub. Kişi həmişə arvadını döyürmüş. Bu səbəbdən də qadın ərinin yanından gedib. Bir müddət o, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqda yaşayıb. Amma Dadaşov uzun danışıqlardan və bir daha arvadını döyməyəcəyinə söz verəndən sonra qadını evinə qaytara bilib.
İki uşağı olan cütlük Cavadxan küçəsində mənzil kirayələyib və qadın ərinə boşanmaq qərarına gəldiyini deyənə qədər bir müddət bir yerdə yaşayıb. Hadisədən beş gün qabaq Dadaşov evdən gedib. Lakin yanvarın 10-da gecə kirayə qaldıqları mənzilə qayıdıb və qadından onu evə buraxmağı xahiş edib.

O, evə öz əşyalarını götürmək üçün qayıtdığını deyib. Qadın onu evə buraxıb. Cütlük arasında növbəti qalmaqal başlayıb. Onlar bir-birilərini qarşılıqlı ittiham edib və bu ittihamlar onları özlərindən çıxarıb. Analarına görə qorxduqları üçün uşaqlar evdəki bütün bıçaqları götürərək blokda gizlədiblər. Amma sən demə, kişi hazırlıqlı gəlibmiş. O, özü ilə dəmir parçası gətirib və onunla qadını uşaqlarının gözü qabağında öldürüb.
Dadaşovanın rəfiqəsi istintaqa verdiyi ifadədə bildirib ki, kişi heç yerdə işləməyib və həmişə qadına güc tətbiq edib. O, daim qadını evdən qovurmuş ki, gedib pul qazansın. Özü də hər gün evdə nahara ət yeməyi tələb edirmiş.
Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol