Bakıda dərzi sexində yanğın: ölən və yaralanan var - YENİLƏNİB




Bakıda dərzi sexində yanğın baş verib.
FHN-dən APA-ya verilən məlumata görə, Cəfər Cabbarlı küçəsi, 28 ünvanında yerləşən sexdə baş verən yanğın nəticəsində 1951-ci il təvəllüdlü Mustafa Yusifov ölüb, 1947-ci il təvəllüdlü Əfrasiyab Əliyev isə yanıq xəsarəti alıb.
Yanğın söndürülüb, hadisənin baş vermə səbəbləri araşdırılır.
***
10:11
Bakının mərkəzində güclü yanğın baş verib.
Lent.az-ın məlumatına görə, Nizami metrosunun yaxınlığında, Cəfər Cabbarlı küçəsi 36-da yerləşən iki mərtəbəli yaşayış məntəqəsinin zirzəmisində yerləşən sexdə yanğın olub.
Yanğın zamanı 1 nəfərin meyiti tapılıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər var. Hələlik meyitin kimliyi məlum deyil. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.