Bakıda gəlini başqasına qoşulub qaçan nənə 3 uşağı çölə atdı
13:50 03.07.2017
Arxiv
710
Bakıda Xəyalə Kərimova adlı gənc qadın 3 uşağını atıb və başqası ilə qaçıb. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli sosial şəbəkədə məlumat yayıb. V.Akifli eyni zamanda onun fotosunu da paylaşıb:
"Xahiş edirəm bu şəkillə məlumatı hər kəs paylaşsın!!!! Bu qadın ,Kərimova Xəyalə 01.07.2017 ci il tarixində Bakı şəhər, Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində yol kənarında, atılmış olaraq aşkarlanan Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirilən bacı-qardaşların anasıdır. Görən, tanıyan, bilən varsa qaynar xəttimizə məlumat versin .
Uşaqlar sığınacağa yerləşdirildikləri gün mən Ağsu rayon Polis Şöbəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora hadisə ilə bağlı məlumat vermişdim .Bu gün Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə Uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır.
0125113409
0554660806"
Onu da qeyd edək ki, gəlin qaçdıqdan sonra uşaqların nənəsi nəvələrini küçəyə atıb.Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.
Koordinatorun sözlərinə görə, uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya