Bakıda konsert və atəşfəşanlıq təşkil olunacaq




Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar Bakıda bir sıra tədbirlər keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, paytaxtın bütün rayonlarında bu gün ağacəkmə aksiyası, saat 17:00-da isə Bakı bulvarında konsert təşkil olunacaq.

Eyni zamanda, 18:00-da Xəzər rayonunda Heydər Əliyev Mərkəzində fleşmob baş tutacaq.
Saat 21:00-da Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.