Bakıda körpünün üzərində zəncirvari qəza: yaralılar var




Paytaxtda zəncirvari qəza baş verib.

Milli.Az xəbər verir ki, Sabunçu rayonunun eyni adlı körpüsü üzərində üzü Zabrat istiqamətində hərəkətdə olan 4 minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alanlar var.

DYP əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə gəlib.