Bakıda NATO ilə bağlı tədbir olacaq




Bakıda "Regional təhlükəsizlik çağırışları – Qara və Xəzər dənizi sahillərindən baxış” mövzusunda dəyirmi masa keçiriləcək.

Bu barədə Modern.az-a Rumıniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Azərbaycan Diplomatiya Akademiyasında keçiriləcək tədbir Rumıniya səfirliyinin NATO-nun əlaqə ofisi qismində mandatının başa çatmasına həsr olunur.

Tədbirdə Rumıniya səfiri Dan İanku, Macarıstan səfiri İmre Lazlotski, eləcə də NATO-nun Cənubi Qafqazdakı əlaqə ofisinin rəhbəri Uilyam Lahyu iştirak edəcək.