Vaxtilə ölkəmizdə bu nəqliyyat növündən istifadə edilsə də, sonradan ləğv olunub:
"Bakıda tramvayların bərpasına şəhərin infrastrukturu imkan vermir" - EKSPERT
11:54 10.08.2018
Arxiv
857
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların bərpası ilə bağlı aidiyyatı dövlət qurumları ilə müzakirələr aparılacağını deyib. Komitə sədrinin sözlərinə görə, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında deyib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatın ən sərfəli və ekoloji cəhətdən təmiz növü sayılan tramvaylardan istifadə edilir.
Vaxtilə ölkəmizdə bu nəqliyyat növündən istifadə edilsə də, sonradan ləğv olunub: "Dünya təcrübəsində tramvay əsas nəqliyyat vasitələrindən biri hesab olunsa da, heç də bütün böyük şəhərlərdə ondan istifadə olunmur. Onun özünün də spesifik xüsusiyyətləri var. Vaxtı ilə Bakıda ictimai nəqliyyat vasitəsi kimi tramvay, trolleybus və avtobuslardan istifadə olunurdu. Sonra metro da şəhər nəqliyyatına daxil edildi və sərnişindaşımanın böyük bir hissəsini öz üzərinə cəlb elədi”.
F. Eyyubovun sözlərinə görə, hazırkı mərhələdə Bakı şəhərində tramvayların bərpa olunması maraqlı bir tendensiyadır, ancaq şəhərin infrastrukturu buna yol vermir:
"Tramvayın hərəkəti üçün şəhər yolları geniş və enli olmalı və o digər nəqliyyat vasitələrinin gediş- gəlişinə mane olmamalıdır”.
Bakı funikulyorunun şəhərə ayrı bir gözəllik verdiyini qeyd edən ekspertin fikrincə, onun kimi xüsusi yerlərdə, müəyyən məntəqələri bir- birinə bağlayan tramvay xəttləri bərpa oluna bilər. Ancaq Bakı şəhərində sərnişindaşımaları üçün tramvaylardan istifadə bir o qədər də səmərəli deyil:
"Ona görə ki, tramvaylara əsaslı vəsait qoyuluşu çox böyük xərc tələb edir. Səssiz dəmiryollarının çəkilişi, müasir standartlara uyğun tramvayların alınıb, Bakıya gətirilməsi kifayət qədər problemi məsələdir. Ekoloji cəhətdən səmərəli olsa da, enerji israfı baxımdan rentabelli deyil.
Onsuz da Metro rentabelli işləmir, dövlət dotasiyaları hesabına öz fəaliyyətini təmin edir. Tramvaylar üçün də əlavə maliyyənin ayrılması dövlət büdcəsi üçün ağır bir yük olar. Halbuki nəqliyyatın işi özü- öz xərclərini ödəmək prinsipindən keçir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya