“Barselona” “Real"ı darmadağın edib - 5:1
18:40 28.10.2018
Arxiv
1164
Oktyabrın 28-də İspaniya La Liqasının 10-cu turu çərçivəsində "Barselona” ilə "Real Madrid” klubları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, "El Klasiko” adlandırılan bu matç son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçirilib. Argentinalı zədəlidir, portuqaliyalı isə bu mövsümdə "Yuventus”a transfer olub.
Oyunda hesabı meydan sahibləri açıblar. Əks hücum zamanı Jordi Albanin cinah ötürməsini Filip Koutinyo dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qarşılaşmanın 30-cu dəqiqəsində Madrid təmsilçisi cərimə meydançasının daxilində Luis Suaresa qarşı qaydanı pozub. Oyunun baş hakimi VAR sistemindən istifadə edərək 11 metrlik cərimə zərbəsi təyin edib. Zərər çəkən penaltini özü yerinə yetirərək hesabı artırıb - 2:0.
177-ci "El Klasiko"nun ikinci hissəsində dərhal sonra hücuma atılan "kral” klubu 50-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb. Marselo cinah ötürməsini dəqiq ram edərək qapıya qüvvətli zərbə endirib - 2:1. Matçın 75-ci dəqiqəsində kataloniyalılar yenidən fərqlənib. Luis Suares adını tabloya yazdıraraq üçüncü qolunu vurub - 3:1. Bu da oyunda son qol olmayıb. Qarşılaşmanın başa çatmasına səkkiz dəqiqə qalmış Luis Suares "het-trik”in rəsmiləşdirib - 4:1. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə oyuna yenicə daxil olmuş Arturo Vidal qoyub - 5:1.
Bu qələbədən sonra "Barselona" xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində birinci yerini qoruyub. "Real Madrid” isə 14 xalla 9-cu yerdədir.
Xatırladaq ki, son yüz ildə bu iki komanda rəsmi turnirlərdə 237 dəfə üz-üzə gəlib. Bu oyunların 95-də "Real Madrid”, 93-də isə "Barselona” qələbə qazanıb. Vurulan qolların nisbəti də "Kral klubu”nun xeyrinədir - 401:387.
"Barselona” klubu 1 milyard 200 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. "Real Madrid” isə 969 milyon avro ilə Katalonya təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırkı bazar qiyməti, ümumilikdə, 2 milyard 169 milyon avrodur.
"Real Madrid”in ən qiymətli futbolçusu uelslı Qaret Beyldir (90 milyon avro). Fransalı Rafayel Varan və alman Toni Kros 80 milyon avro ilə ikinci sırada yer alıblar. Sonrakı yerlərdə ispaniyalı futbolçu İsko (75 milyon) və hücumçu Marko Asensio (75 milyon avro) qərarlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə