"Baş bankir bu dəfə haqlıdır" - Deputat
11:48 19.09.2017
Arxiv
1065
Vahid Əhmədov:" Elman Rüstəmov apardığı siyasət, manatın qorunub saxlanması, pul kütləsinə nəzarət mexanizminin gücləndirilməsi, idxal-ixrac əməliyyatları və s. göstərir ki, hələlik nəzarət olunur"
"Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı fikirlərində haqlıdır”.
Bunu "Sherg.az”a baş bankirin milli valyutanın məzənnəsinin sabitləşməsi haqqında açıqlamalarına münasibət bildirərkən iqtisadçı millət vəkili Vahid Əhmədov deyib.
Deputatın sözlərinə görə, E.Rüstəmovun apardığı siyasət, manatın qorunub saxlanması, pul kütləsinə nəzarət mexanizminin gücləndirilməsi, idxal-ixrac əməliyyatları və s. göstərir ki, hələlik nəzarət olunur:
"Düşünürəm ki, milli valyutanın məzənnəsində ilin sonuna qədər ciddi problem olmamalıdır.
Gələn il dəyişiklik olub-olmayacağını isə əvvəldən proqnozlaşdırmaq çətindir. Bu ilin yekunlarının necə olmasından çox şey asılıdır. Ümum daxili məhsulun artımı, inflyasiyanın səviyyəsi, gələn ilə hansı baza ilə daxil olmağımız və s. bu proseslərə təsir edəcək”.
Strateji Yol Xəritəsinin icrasına toxunan V.Əhmədovun fikrincə, bundan çox şey asılıdır:
"Çünki Strateji Yol Xəritəsi yüz faiz yerinə yetirilsə, gələn il qeyri-neft sektorunda böyük inkişaf olacaq və çox sayda gəlirlər əldə ediləcək.
Həmçinin son vaxtlar ölkə başçısı özü bu məsələyə nəzarət mexanizmini həyata keçirir. Pul kütləsinə nəzarətin ciddi aparılması mühüm məsələdir. Əlavə pul kütləsi dövriyyəyə buraxılmır.
Real sektorun inkişafına gəlincə isə ili 2,5 – 3 faiz ümumi daxili məhsulun artımı ilə başa vura bilsək, bu, yaxşıdır. Lakin mənfi hal baş verərsə, problem yarana bilər.
Ümumiyyətlə isə, ilin sonuna kimi manatın qorunub saxlanacağını güman edirəm”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya