Baş nazirin müavinindən islam ölkələrinə Ermənistanla bağlı ÇAĞIRIŞ
09:15 21.09.2017
Arxiv
393
Bu gün "İlham Əliyev bizi "Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini Əli Həsənov deyib ki, son 200 ildə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə keçirilən əməliyyatla Horadiz və prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə aprel ayında keçirilən əməliyyatla Lələtəpə azad edilib.
Cocuq Mərcanlı kəndinin 1994-cü ildə cəmi 4 ay işğal altında qaldığını xatırladan Ə. Həsənov deyib ki, kəndə səfər edən xarici diplomatlar və media təmsilçiləri 4 ay ərzində ermənilərin hansı vandalizmi törətdiklərinin şahidi olublar. Eyni zamanda Cocuq Mərcanlı ilə Böyük Qayıdış başlayıb: "Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak edərkən bu kəndi 1994-cü ildən tərk etməmiş Oqtay Həziyevin ailəsi ilə görüşdü, dünyaya azərbaycanlıların torpaqlarına necə bağlı olduğu nümayiş etdirildi. Bu gün tək məcburi köçkünlər yox, digər insanlar da Cocuq Mərcanlıda məskunlaşmaq istəyir".
Ə. Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu islam ölkələrinə Ermənistan ilə münasibətləri məhdudlaşdırmaq barədə qərar qəbul edib: "Hesab edirik ki, bu, azdır. Kontakt qrupu bütün islam ölkələrinin Ermənistanla əlaqələri dayandırması barədə qərar qəbul etməli idi. Çünki hələ də bəzi islam ölkələri Ermənistanla əlaqə saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz ümumiyyətlə, BMT-nin Ermənistana qarşı sanksiya tətbiq etməsini istəyirik".
Sonra "Böyük Qayıdışın başlanğıcı" filmi nümayiş etdirilib. Daha sonra "İlham Əliyev bizi "Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin ərsəyə gəlməsində böyük rolu olan millət vəkili, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol