Baş Prokurorluq: "Aydın Qurbanovun meyitində xəsarət aşkarlanmayıb"
13:10 12.07.2019
Arxiv
602
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq, iyulun 9-da saat 21:50-də vəfat edib.
Bu barədə APA -ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd edilir ki, bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib: "A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə iyulun 10- da saat 00:20-də Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra həmin gün saat 13:30- da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub. Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib".
Qeyd edək ki, ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsi, 207.1-ci maddəsi, 243.1-ci maddələri ilə 3 dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Qurbanov Aydın Fərhad oğlunun 3 iyul 2018-ci il tarixdə mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, 30 iyul 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanasına yerləşdirilib. A. Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb və orada intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya