"Azərbaycanın haqlı mübarizəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevə təşəkkür edirik”.
Bunu "Sherg.az” açıqlamasında "Teleqraf” Media Qrupunun cdeyib.
Baş redaktor bildirib ki, Savelyevin yanaşması bizim üçün kifayət qədər dəyərli və vacibdir:
"Azərbaycan xalqının belə bir deyimi var: - "Haqq nazilər, amma üzülməz”. Mən Azərbaycanla bağlı dünyada və regionda gedən prosesləri məhz bu deyimin fonunda dəyərləndirirəm. 25 ildən artıqdır ki, ərazilərimiz işğal altındadır. İşğal prosesində, faktiki müharibə şəraitində öz haqq səsimizi bir çox hallarda dünyaya çatdıra bilməmişik. Emrəni lobbisinin gücü o səviyyə idi ki, bir çox hallarda bizim səsimizi boğa bilirdilər. Amerikada və Avropada olan erməni lobbisi başımıza gətirdikləri barbarlığı və vəhşiliyi dünyaya əksinə təqdim edirdilər. Guya azərbaycanlılar ermənilərə qarşı təcavüz siyasəti həyata keçiriblər. Bir çox hallarda dünya ictimaiyyətini aldatmağa nail olurdular”.
A.Camalqızı bildirib ki, ermənilərin çox həyasızcasına informasiya müharibəsi aparmasına rəğmən artıq dünyanın Azərbaycana baxışı dəyişib:
"Nəinki dünyanın, hətta yaxın qonşularımızın, Rusiyanın da yanaşması reallığa tərəf istiqamətlənib. Rusiya mediasında Azərbaycanın mövqeyini əks etdirən informasiyalar, şərhlər, açıqlamalar dərc olunur. Bunlar bizi həddindən artıq sevindirir. Çünki əvvəllər nadir hallarda bunun şahidi olurduq. İctimai fikri formalaşdıran nüfuzlu rus media orqanları erməni lobbisinin təsiri altında idi. Müəyyən səbəblərdən düşmənə dəstək verirdilər. Öz haqlı səsimizi ən yaxın qonşumuz Rusiya ictimaiyyətinə belə çatdıra bilmirdik. Ancaq vəziyyət dəyişdi və şübhəsiz ki, bu məsələdə Ermənistanda gedən proseslər Azərbaycana kömək etdi”.
Baş redaktorun sözlərinə görə, Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyanın yalan vədləri, bir-birini təkzib edən açıqlamaları, gah qərbpərəst, gah da ruspərəst ifadələr söyləməsi baş nazirin qeyri-ciddi siyasi obrazını yaratdı: "Artıq ona nə Rusiya, nə də Qərb dünyası inanır. Bütün proseslər Azərbaycanın xeyrinə işləyir. Əlbəttə, Azərbaycan proseslərdən öz xeyrinə istifadə etməlidir. İnformasiya müharibəsi istiqamətində səylərimizi artırmalıyıq. Bu yöndə Azərbaycandakı xaricidilli media orqanlarının üzərinə böyük yük düşür. Fikir verirsizsə, artıq Rusiya və Avropa mediası Azərbaycandakı xarici dilli media orqanlarına istinad edirlər. Bunların hamısı ciddi uğurlardır”.
Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev Azərbaycanın mövqeyini müdafiə edib. Deputatı deyib ki, 2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırırdı. Ancaq Azərbaycan bu istiqamətdə ciddi iş aparmaqla ictimai rəyi öz tərəfinə çəkə bilib və tədricən Qərb mətbuatı həmin hadisələrin adekvat görüntüsü yaranıb.
İsmayıl