"Başakşəhər" lider "Qalatasaray"la xallarını bərabərləşdirib
18:46 12.05.2019
Arxiv
781
Mayın 12-də futbol üzrə Türkiyə Superliqasının XXXII turunun daha dörd oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Başakşəhər" öz meydanında "Ankaragücü"nü qəbul edib. Görüşdə rəqibini 2:1 hesabı ilə məğlub edən İstanbul komandası vacib üç xal qazanıb.
Qarşılaşmada hesabı 17-ci dəqiqədə Tiler Boydin vurduğu qolla qonaqlar açıblar. Birinci hissə 0:1 hesabı ilə "Ankaragücü"nün üstünlüyü ilə başa çatıb.
Lakin ikinci hissədə hücumlarının kəsərini artıran ev sahibləri hesabı öz xeyirlərinə çevirməyə nail olublar. Əvvəlcə Edin Viskanın məhsuldar ötürməsindən sonra Riyad Bajiç fərqlənib - 1:1. Matçın 62-ci dəqiqəsində isə meydana təzəcə daxil olan braziliyalı Robinyo komandasını hesabda irəli çıxarıb – 2:1.
Beləliklə, bu oyundan sonra xallarının sayını 66-ya çatdıran baş məşqçi Abdullah Avcının yetirmələri Türkiyə çempionatında ikinci sıradakı mövqelərini qoruyublar. Eyni xala malik olan "Qalatasaray" top fərqinə görə liderdir. Hesabında 59 xal olan "Beşiktaş" isə turnir cədvəlinin üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, növbəti turda "Qalatasaray”la "Başakşəhər” qarşılaşacaq.
Günün digər qarşılaşmalarında isə "Kayseripor" komandası "Kasımpaşa"ya 2:1, "Yeni Malatyaspor" isə "Ərzurumspor"a 3:1 hesabları ilə qalib gəlib. "Konyaspor" - "Trabzonspor" matçı isə 2:2 hesabı ilə yekunlaşıb.
Tura "Beşiktaş"-"Alanyaspor" matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm
Biz Ukrayna üçün çox iş görmüşük - Çinin xarici işlər naziri
09:52 17.05.2026
Dünya
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
09:51 17.05.2026
Cəmiyyət
Rusiya iqtisadiyyatı 3 ildən sonra ilk dəfə kiçildi
09:44 17.05.2026
Dünya