Bazarda saxta maye sabunlar var
08:31 27.02.2018
Arxiv
872
Belə malların ən böyük satış yeri “Sədərək”dədir
"Bizim Cəbiş müəllim” filminə baxmayan yoxdu yəqin. Cəbiş müəllimi sabun bişirməyə məcbur edirlər. Ona təzyiq edənlər nə qədər dəlil gətirsə də, Cəbiş müəllim elə dediyini deyirdi: "Mən sizə sabun bişirməyəcəm”. Cəbiş müəllim sabun bişirmədi. Yox, yox, bişirdi, amma onu əsgərlərə pulsuz paylayaraq, "götürün bala, sabun təmizlikdi” deyirdi.
Elə bu filmdən sabunun təmizlik rəmzi olduğunu görürük. Amma indi satışda olan bəzi sabunların nədən hazırlandığını, tərkibində hansı maddələr olduğunu söyləmək çətindir. Daha çox qatqısı olan sabunlar insan orqanizmi üçün təhlükəlidir. Satışda müxtəlif çeşidlərdə sabunlar var. Onlar markasına, rənginə, ətrinə, qablaşdırmasına görə biri-birindən fərqlənir. Maye sabunlar daha az mikrob yaydığı düşünülərək çox istifadə edilməyə başlanıb. Lakin bu sabunların da bir sıra zərərləri aşkarlanıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında bildirib ki, maye sabunlar və yuyucu tozlarla bağlı bəzi istehlakçıların şikayətləri var. Onun sözlərinə görə, satışda maye sabunların saxta variantları mövcuddur:
"Təsadüfi deyil ki, 4 il bundan qabaq dövlət orqanları ən brend bir oteldə saxta sabunların olması barədə məlumat yaymışdı. Təəssüf ki, bazar iqtisadiyyatı şəraitində biznesmenlər üçün yaradılmış vəziyyətdən sui-istifadə olunur. Bazarda təhlükəli, standarta uyğun olmayan mallar var. Belə malların ən böyük satış yeri "Sədərək” satış şəbəkəsidir. Azad İstehlakçılar Birliyi sabahdan "Sədərək”də bir sıra brend parfümeriya və təmizlik mallarının satış yerlərini ifşa etmək üçün müəyyən işlər aparacaq. Həmçinin bununla bağlı dövlət orqanları arasında məsələ də qaldıracağıq. Əksər hallarda belə məhsullar qaçaqmalçılıq yolu ilə xaricdən gətirilir və qaçaqmalçıların adları da bizə məlumdur. İstehlakçı şirkətlər olaraq biz həmin malların bazardan yığışdırılması üçün tədbirlər görəcəyik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq